advantages hero

ÜSTÜNLÜKLƏRİMİZ

Biz avtomobil və yük daşımalarında peşəkar xidmət göstərən komandayıq. ABŞ-dan Azərbaycana avtomobil daşınması sahəsində...

/ Rəsmi
Broker
01 Hybrid və Elektrik Avtomobillərin Daşınması

Biz bütün elektrikli avtomobillərin təhlükəsiz daşınmasını həyata keçiririk. Bundan əlavə, bir çox şirkətin daşınmasını qəbul etmədiyi bəzi hibrid modelləri də problemsiz şəkildə daşıyırıq.

Daşıdığımız xüsusi modellər:

Hyundai Santa Fe Hybrid
Kia Optima PHEV

02 Avtomobillərin İzolyasiyası

Avtomobilinizin daşınma zamanı tam təhlükəsizliyini təmin etmək üçün maşın izolyasiyası xidmətindən istifadə edirik. Bu xidmət çərçivəsində avtomobiliniz digər yüklərdən ayrılır, xüsusi qoruyucu üsullarla sabitlənir və daşınma prosesi boyunca maksimum qoruma təmin olunur. Məqsədimiz avtomobilinizi 
heç bir zədə və risk olmadan sizə çatdırmaqdır.

Avtomobillərin İzolyasiyası
03 Problemli Sənədlər

Bəzi avtomobillər hərraclarda və ya satış platformalarında problemli sənədlərlə satıla bilər. Bu sənədlər avtomobilin qeydiyyatı və istifadəsi ilə bağlı məhdudiyyətlər yarada bilər.

Bill of Sale – Yalnız alqı-satqını təsdiq edir. Tam mülkiyyət sənədi (title) olmadığı üçün bəzi ölkələrdə qeydiyyat çətin və ya mümkün olmaya bilər.


MV-907A – Sığorta şirkətinin verdiyi sənəddir. Avtomobil salvage statusunda olur və qeydiyyat üçün bərpa və xüsusi yoxlama tələb oluna bilər.

Scrap – Avtomobil yalnız metal və ehtiyat hissələri üçün nəzərdə tutulur. Adətən qeydiyyat və istifadə mümkün olmur.

Junked – Çox ciddi zədələnmiş və yararsız hesab olunan avtomobildir. Qeydiyyat və istifadə əksər hallarda mümkün deyil.

Parts Only – Avtomobil yalnız ehtiyat hissələri üçün satılır və rəsmi qeydiyyat üçün uyğun sayılmır.

Problemli Sənədlər
04 Avtomobillırin Doğranılması

Şirkətimiz ABŞ-ın New Jersey ştatında avtomobillərin doğranması (cutting) xidmətini həyata keçirir. Avtomobillər ehtiyat hissələri üçün uyğun şəkildə hissələrə ayrılır və daşınma üçün hazırlanır. Hissələr təhlükəsiz şəkildə streclənib qablaşdırılır ki, daşınma zamanı zədələnmə riski minimum olsun.
Bu üsul logistika xərclərini azaltmağa və konteynerlərdən daha səmərəli istifadə etməyə imkan verir.
Doğranmış avtomobillər ehtiyat hissələri kimi konteynerlərə yüklənir, hər konteynerə təxminən 10–12 avtomobil yerləşdirilir və daşınma ABŞ-dan Gürcüstana qədər təşkil edilir.

Avtomobillırin Doğranılması